“Aprel yüksəkliyi”
sənədli filmi nümayiş
olunub
Aprelin 3-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Aprel döyüşlərinə həsr olunmuş tədbir təşkil edilib.
Ali Hərbi Məktəbin zabit, gizir, həmçinin müəllim və kursantlarının iştirak etdiyi tədbirdə nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə və məktəbin şəxsi heyətlə iş üzrə rəis müavini – şöbə rəisi, polkovnik Emin Səfərov çıxış ediblər. Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən Aprel döyüşlərindən və bu döyüşlərdə ordumuzun düşmənə qarşı göstərdiyi şücaətdən bəhs edilib.
Sonra rejissor Zamin Məmmədovun “Aprel yüksəkliyi” sənədli filmi nümayiş etdirilib və böyük maraqla qarşılanıb.
Qeyd edək ki,
ekran əsəri dövlət sifarişi ilə “Salnaməfilm” studiyasında
çəkilib.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.2.