Gürcü teatrı Akademik
Milli Dram Teatrının
qonağıdır
Aprelin 5-də Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası
təqdim olunacaq. Gürcüstanın Mesxeti (Axaltsixi) Peşəkar Dövlət
Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın
rejissoru Georgi Şalutaşvilidir.
Tamaşanın səhnəqrafiya işi
Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə,
xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur,
bəstəkarı Aleksi
Turiaşvili, səhnə
hərəkəti üzrə
rəssam Cuna Tumanişvilidir.
Qeyd edək
ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı
ilə Gürcüstan
Teatr Cəmiyyəti arasında ötən ilin noyabrında imzalanan memorandum çərçivəsində
təqdim olunacaq.
Aprelin 5-də Azərbaycan Teatr Xadimləri
İttifaqında iki ölkə
arasında mədəni əlaqələrin inkişaf
etdirilməsinə xidmət edən daha bir əməkdaşlıq sənədi – Gəncə
Dövlət Dram Teatrı ilə
Gürcüstanın Ozurgeti Dövlət
Teatrı arasında memorandum imzalanacaq.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.2.