Xətai Sənət Mərkəzi rəsm
müsabiqəsi elan edib
Bakıdakı Xətai Sənət Mərkəzi “Nəsimi ili” çərçivəsində “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsi elan edib. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyinin Respublika 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Rəssamlar İttifaqı ilə birgə keçirilir.
Mərkəzin direktoru
Zahid Əvəzovun sözlərinə
görə, müsabiqədə iştirak
etmək istəyən 5 yaşdan 17 yaşa qədər uşaqlar,
ad və soyad, təvəllüd,
əlaqə nömrəsi, oxuduğu məktəb
və ya təsviri sənətlə məşğul
olduğu tədris mərkəzinin
adını qeyd etməklə, ən çoxu 3 rəsmin fotosunu
aprelin 30-dək Xətai Sənət Mərkəzinin
“Whatsapp” nömrəsinə (+99451 310 74
01) göndərməlidir. Seçim iki yaş kateqoriyası
üzrə (12 yaşa qədər və
12-17) aparılacaq.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.3.