Xalçaşünaslığa dair məruzə dinlənilib

 

 

 

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında “Azərxalça” ASC-nin rəhbəri, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri, professor Vidadi MuradovMüasir Azərbaycan xalçaşünaslığı: nailiyyətlər və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq xalçaşünaslıq elminin müstəqil, konseptualfundamental şəkildə formalaşması, bu istiqamət üzrə elmi ixtisaslı kadrların hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə ArxeologiyaEtnoqrafiya İnstitutunun nəzdində xalçaşünaslıq sektoru yaradılıb. Azərbaycan xalçaçılıq sənəti tarix, etnoqrafiya, iqtisadiyyat, sənətşünaslıq, folklor, etnobotanika və digər elmlərin kontekstində praktik və nəzəri materiallar əsasında öyrənilir.

Sektorda AMEA-nın Botanika İnstitutunun əməkdaşları ilə birlikdə “Azərbaycanın boyaqçılıq tariximövzusunda tədqiqat işləri aparılıb.

Alim vurğulayıb ki, elmi ədəbiyyatlarda Qarabağyaxud Təbriz qrupunun tərkibində tədqiq olunan Naxçıvan xalçaxalça məmulatları yenidən araşdırılıb, Lənkəran-Astara bölgəsində xalçaçılıq ənənələri öyrənilib. Qeyd edilib ki, bölgədə toxunan xalçalar bədii və texniki cəhətdən əsasən Cənubi Azərbaycan və Qarabağ xalçaçılıq ənənələrini əks etdirir.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.3.