“İslam
sivilizasiyası və elm: tarix
və müasirlik”
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfrans keçirilib.
İnstitutun rektoru Ceyhun Məmmədov müasir dövrdə ilahiyyat sahəsində görülən işlər, qarşıda duran hədəflər haqqında məlumat verib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli elmi tədqiqat müəssisələrində gənc alimlərin elmi axtarışlara qoşulduqlarını xüsusi vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı İslam və elmin qarşılıqlı münasibətlərindən danışıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov gənclərin elmə cəlb olunması, ölkəmizdə ziyalı potensialının artırılması məqsədilə görülən işlərdən bəhs edib.
Sonra fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun
“Elm anlayışı: müasir
Qərb və müsəlman nöqteyi-nəzərlərinin təhlili”,
tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun
“Gəncə şəhərinin tarixi-dini
memarlıq abidələri multikulturalizm və
tolerantlıq ənənələrinin mühafizəçisidir”, tarix
üzrə fəlsəfə doktoru Sevinc Nəsirovanın “İslam
dininin tətbiqi sənət nümunələrinə
təsiri”, Nərgizxatun Həsənovanın “Beytül-hikmət
və Darül-hikmət nümunəsində islamda
elmi və fəlsəfi institutlar”,
Zeynəb Həcəmovanın “İslam
dünyasında elm və fəlsəfə
məktəbləri” mövzularında məruzələri
dinlənilib.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.4.