Prometey Bakıda”

 

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı konsert proqramı təqdim olunub. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən İqor StravinskininSimurq quşu” süitası (1919) və Aleksandr SkryabininPrometey” (“Alov poeması”) əsərləri səsləndirilib.

Solisti Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova olan konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri – Xalq artisti Gülbacı İmanova) çıxış edib.

Qeyd edək ki, İ.StravinskininSimurq quşu” süitası Bakıda nadir hallarda səslənir.

Konsertdə A.SkryabininPrometey” əsərinin ifası zamanı piano, orkestr, xorun ifası və işıqların ahəngi ecazkar təəssürat doğurub. Pianoçunun peşəkar ifası dinləyicilərin zövqünü oxşayıb. Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsinin divarlarında əks olunan alovun və şimşəyin çaxmağı auditoriya tərəfindən maraqla qarşılanıb.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.5.