Autizmdən əziyyət çəkən uşaqlar üçün konsert

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 2 aprelDünya autizm maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib.

Baş idarədən bildirilib ki, çıxışçılar autizmdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə dəstək olmaq, aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələlərə yönəltmək üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Müğənnilərin ifasında musiqi nömrələri təqdim edilib.  Konsert uşaqlarda xoş təəssürat yaradıb.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.4.