Mədəniyyət naziri
Bakı şəhərində vətəndaşları qəbul
edib
Aprelin 4-də mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul etdi. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxıldı.
Qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirildi. Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırdılar.
Qəbulda müraciətlərin bir qismi həllini
tapdı, digər məsələlər
araşdırılması üçün
nəzarətə götürüldü
və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.3.