Onu “Şərq musiqisinin incisi” adlandırırdılar...
Aprelin 3-də Azərbaycan
Musiqi Mədəniyyəti
Dövlət Muzeyində
görkəmli xanəndə,
Xalq artisti Seyid Şuşinskinin 130 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət
işçisi Alla Bayramova açaraq dövlət
başçısının müvafiq sərəncamına
əsasən muğam
ustadının yubileyinin
ölkəmizdə silsilə
tədbirlərlə qeyd
olunduğunu dedi, sənətkarın həyat
və yaradıcılığı
barədə danışdı.
Bildirdi ki, Seyid Şuşinski (Mir Möhsün Seyid İbrahim oğlu) 12 aprel 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində dünyaya göz açıb. Erkən çağlardan
xalq şənliklərində
çıxış edib.
Peşəkar xanəndə
kimi tanınmasında
Azərbaycan xanəndəlik
sənətinin beşiyi
olan Şuşa
mühitinin böyük
rolu olub. İki il
Şuşada Mir Möhsün
Nəvvabın məktəbində
oxuyub. Onun xanəndə kimi
yetişməsində Cabbar
Qaryağdıoğlunun böyük
təsiri olub.
Muzeyin Xalq çalğı alətləri şöbəsinin
müdiri Təranə
Zeynalova Seyid Şuşinskinin yaradıcılıq
yolu, Azərbaycan milli musiqi mədəniyyətinin
inkişafında xidmətləri
haqqında geniş məlumat verdi.
Onun çıxışı muzeyin
arxiv materialları əsasında hazırlanmış
slayd-şou ilə müşayiət olundu.
Xalq artisti Canəli Əkbərov sənətkarın ömür
yolundan danışdı. Qeyd etdi
ki, Seyid Şuşinski 1911-ci ilədək
Şuşada yaşayıb.
Şəhərin toy məclislərinin
birində Məşədi
Cəmil Əmirovla (bəstəkar Fikrət Əmirovun atası) tanış olub. O, S.Şuşinskinin ifasını bəyənir
və özü ilə Gəncəyə aparır. Çox keçmir Seyid
gəncəlilərin sevimlisinə
çevrilir. Sonra Tiflisə
köçür və
1919-cu ilədək orada
yaşayır, şəhərin
mədəni həyatında
yaxından iştirak edir.
Əməkdar artist Süleyman Abdullayev çıxışında S.Şuşinskinin
sənətkarlığından söz açdı. Bildirdi ki,
görkəmli xanəndə
“Çahargah”ı böyük
məharətlə oxuyub,
bu muğama “Mayə” əvəzinə
“Mənsuriyyə”dən başlayarmış.
Buna görə də C.Qaryağdıoğlu
S.Şuşinskini “Şərq
musiqisinin incisi” adlandırıb.
Tədbirdə daha sonra xalq artistləri Vamiq Məmmədəliyev,
Ramiz Quliyev, əməkdar incəsənət
xadimləri Nazim Kazımov, Arif Əsədullayev və başqaları xanəndənin
bənzərsiz sənətkarlığından
söz açdılar.
Vurğulandı ki, Qarabağ
xanəndəlik məktəbinə
mənsub qüdrətli
sənətkar qədim
muğam ənənələrimizi
layiqincə qoruyub yaşadıb. İstedadlı musiqiçilərin hazırlanması
sahəsində də
təqdirəlayiq fəaliyyət
göstərən Seyid
Şuşinski 1965-ci ildə
Bakıda vəfat edib.
Çıxışlardan sonra Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin Qədim musiqi alətləri ansamblının solisti, Xalq artisti Teyyub
Aslanov, Muğam televiziya müsabiqəsinin
laureatı Nüşabə
Kərimli (xanəndə),
Azərbaycan Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsi
Məftun Səfərli
(xanəndə), Nicat Umbayev (tar), Abbas Abdullayev (kamança), Fərid İsgəndərov
(tar) və Hikmət Abdullayevin (kamança) iştirakı ilə konsert proqramı təqdim edildi.
Savalan FƏRƏCOV
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.4.