“Türkiyə ədəbiyyatında yeni hekayəçilik”

   

 

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” kitabı çapdan çıxıb.

Kitabda Tənzimat dövrü ədəbiyyatına aid bölümdə Ahmet Mithat, Nabizade Nazım, Samipaşazade Sezai kimi ədiblərin yaradıcılığı, Cümhuriyyət dövründən Memduh Şevket Esendal, Sabahattin Ali, Ahmed Hamdi Tanpınar, Orxan Kamal, Əziz Nesin, Haldun Taner və başqalarının yaradıcılığı araşdırılır. 50-ci illərdən sonrakı hekayənin yeni ənənələrindən bəhs olunarkən Samim Kocagöz, Yaşar Kemal, Fakir Baykurtun yaradıcılığına, Bekir Yıldızın realist hekayələrinə diqqət yetirilir.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.7.