Şəhid polkovnik-leytenant Raquf Orucova həsr
olunmuş roman
Yazıçı-jurnalist Şərif Ağayarın 2016-cı il Aprel döyüşlərinin şəhidi,
cəsur kəşfiyyatçı,
polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı çapdan çıxıb.
Ömrünün 25 ilini torpaqlarımızın
bütövlüyü uğrunda
döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə
alınıb.
Roman 4 hissədən ibarətdir.
Birinci
hissədə polkovnik-leytenant Raquf Orucovun
uşaqlığı, gəncliyi və Ağdamda
iştirak etdiyi
döyüşlər əks olunub. İkinci və üçüncü
hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın
həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğrunda
döyüşlər haqqındadır.
Mədəiyyət.- 2019.- 5 aprel.-
S.7.