Parisdə azərbaycanlı rəssamların əsərləri nümayiş olunur

 

 

 

Parisdə Azərbaycan-Fransa Dialoqu Assosiasiyası (ADFA) və “Asmar Art” Assosiasiyasının birgə təşkilatçılığı ilə “Village Suisse” incəsənət qalereyaları və antikvarlar mərkəzində azərbaycanlı rəssamların əsərləri sərgilənir.

Mərkəzin “Beaute du matin calme” qalereyasında təşkil olunmuş sərginin əsas məqsədi Azərbaycan incəsənət nümayəndələrinin yerli ictimaiyyətə tanıdılmasıdır. Sərgidə rəssam soydaşlarımız – Fransada yaşayan Sahib Əsədli və Belçikada yaşayan Əli Seyranın əsərləri də nümayiş olunur. Rəssamların FransaBelçikada dəfələrlə fərdi sərgiləri keçirilib.

Ekspozisiyada ölkəmizin tarixi abidələrini, təbiətini əks etdirən tablolar, eləcə də natürmortlar ziyarətçilərin marağına səbəb olub.

Sərgi aprelin 8-ə qədər davam edəcək.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.8.