Günəşli bir
gündə yolum doğma
şəhərə düşdü...
Rusiyanın Xalq artisti
Vladimir Menşov Bakıdadır!
Bu xəbər sovet kinosunun ən yaxşı nümunələrinin təsiri
altında böyümüş,
müasir Rusiya kinosunun da ən
gözəl nümunələrini
seyr etmiş hər kəsi sevindirməyə bilməzdi.
Bəs necə, “Oyun”, “Moskva göz yaşlarına inanmır”,
“Məhəbbət və
göyərçinlər”, “Tanrıların qibtəsi”,
“Şirli-mırli” kimi
baxdıqca baxılan filmlərin quruluşçu
rejissoru, kinoaktyor kimi debütü olan “Bəxtəvər Kukuşkin”dən “Gündüz
gözətçisi” serialınadək
ən müxtəlif səpkili ekran əsərlərində irili-xırdalı
rollar oynamış görkəmli sənətkar
Vladimir Valentinoviç Menşov
həmyerlimiz sayılır.
O, 1939-cu il sentyabrın 19-da Bakıda
dünyaya gəlib. Müharibəyə təsadüf edən
ilk uşaqlıq xatirələri
elə arxa cəbhə şəhərində,
heç kimin bir-birinə qarşı ayrı-seçkilik qoymadığı
məhəllələrdə yaranıb. Sonra tale onu ailəsi
ilə birlikdə Arxangelskə, oradan ata-babalarının vətəni
Həştərxana aparıb,
daha sonra kinoya olan maraq
gənc Vladimiri Moskvaya gətirib.
O, bir müsahibəsində çəkdiyi filmlərin
niyə bu qədər sevildiyi barədə suala belə cavab verib: “Mən baxmaq istədiyim filmləri çəkmişəm”.
Aprelin 9-da Nizami
Kino Mərkəzində Rusiyanın
Xalq artisti Vladimir Menşov ilə görüşdə təkcə
ötən illərin
nostalji atmosferi hakim deyildi. Çünki görüşün
qəhrəmanı yaşının
80-ni haqlasa da, yaradıcı iş başındadır.
Gecəni
Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
(indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) məzunu, Əməkdar incəsənət
xadimi Ayaz Salayev açaraq qonağı belə təqdim etdi: “Əgər o, heç bir film çəkməsəydi,
görkəmli aktyor kimi tarixdə qalacaqdı, əgər heç bir rol oynamasaydı, rejissor olaraq tarixdə qalacaqdı”.
Vladimir Menşov alqışlar
altında qalxdığı
səhnədə ilk növbədə
uşaqlıq xatirələrini
danışdı. Bu xatirələrdə İçərişəhərdə
Qız qalasının
yaxınlığındakı evdə doğulmuş, sonra Neftçilər prospektindəki təzə
binaya köçən,
Hökumət evinin tikintisini xatırlayan balaca Volodya var idi.
Qonaq Nizami Kino Mərkəzinin ona əziz olduğunu
da qeyd etdi:
“Bura mənim üçün müqəddəs
yerdir. Bu binada
xeyli filmin ilk nümayişinin şahidi
olmuşam”. İndi də
burada qonaq kimi iştirak edirəm.
Görüş iştirakçılarının suallarını gözlədiyini
bildirən qonaq “siz fikirləşincə, sizə kiçik bir poema söyləmək
istəyirəm” dedi və Böyük Vətən müharibəsi
qəhrəmanlarının xatirəsinə David Samoylovun
“Qar yağır” poemasını
əzbər söylədi.
Sonra V.Menşov toplaşanların
suallarına cavab verdi. Sual-cavabların arasında V.Menşovun çəkdiyi filmlərdən
fraqmentlər nümayiş
etdirildi.
Görüşdə Azərbaycanın
görkəmli kino xadimləri də tamaşaçı olaraq iştirak edirdilər...
GÜLCAHAN
Mədəniyyət.- 2019.-10 aprel.-
S.1-2.