Bakıda Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri keçirilir

 

Mədəniyyət naziri rusiyalı kino xadimləri ilə görüşüb

 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda yubileyə həsr olunmuş tədbirlər keçirilir.

Bununla bağlı S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (keçmiş Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutu – VQİK) rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti paytaxtımızda səfərdədir.

Aprelin 9-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri”nin açılışına həsr edilmiş konsert olub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiÜmumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib. Sənədi universitetin rektoru Ceyran MahmudovaÜmumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev imzalayıblar.

Aprelin 9-da Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rusiya nümayəndə heyəti “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində Azərbaycanda səfərdədir.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir qeyd edib ki, kinematoqrafiya ilə bağlı birgə təşəbbüs və layihələrin həyata keçirilməsi iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə olardı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət UniversitetiÜmumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanmasına  toxunan nazir vurğulayıb ki, bu, birgə tədbirlərin, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin təşkil olunmasına xidmət edəcək.

Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru Vladimir Malışev Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində aprelin 8-dən 12-dək Bakıda yubileyə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinə görə nazirə təşəkkürünü bildirib. Qonaq iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professorları – Rusiyanın xalq artistləri Vladimir Fokin, Vladimir Menşov, institutun kafedra müdiri Vladimir Xotinenko, institutun emalatxana rəhbəri Tatyana Yakovlyova, tədris-yaradıcılıq emalatxanasının rəhbəri İqor Klebanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova iştirak ediblər. 

Qeyd edək ki, aprelin 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında  “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri...” layihəsi çərçivəsində hazırlanmış Aleksandr VolodininBeş axşam” əsərinin tamaşası göstəriləcək.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.2.