“Gənclərə dəstək” layihəsində
növbəti konsert
Aprelin 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı təqdim olundu.
Bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev olan konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış etdilər.
Musiqi gecəsində Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Süleyman Ələsgərovun “Şalaxo”, “Vətənimdir”, Vasif Adıgözəlovun “Layla”, Tofiq Quliyevin “Qaytağı”, Emin Sabitoğlunun “Şükriyyə” və digər əsərlər ifa olundu.
FARİZ
Mədəniyyət.- 2019.-10 aprel.-
S.2.