Nur-Sultanda “Şərq baharı”

 

 

Qazaxıstanın paytaxtı Nur-Sultanda (keçmiş Astana) “Şərq baharı” adlı festival  keçirilib. Qazaxıstanın Avrasiya Milli Universiteti tərəfindən təşkil edilən festivalda ölkəmiz də təmsil olunub.

Azərbaycan stendində milli mətbəximizdən, paxlava, plov, qutab, əl işi olan ipək xalçalar, milli musiqi alətləri və suvenirlər, həmçinin ölkəmizdə çap olunan jurnalkitablar nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycanın xalq çalğı alətləri, mətbəxi, mədəniyyəti, görməli yerləri haqqında məlumat verilib.

Sərgidə digər ölkələrin də stendləri qurulub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov tolerantlıq və multikulturalizmə ciddi ehtiyac duyulduğu bir zamanda Novruz bayramının insanları birləşdirən bir dəyər olduğunu söyləyib. Festival çərçivəsində təşkil olunan konsertdə xarici tələbələr ənənəvi mahnılar ifa edibmilli rəqslər nümayiş etdiriblər.

 

Mədəniyyət.- 2019.- 10 aprel.- S.8.