Aşıqlarımız Özbəkistanda festivalda ikinci yeri tutublar
Özbəkistan Mədəniyyət Nazirliyinin
təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin
mərkəzi Termez şəhərində keçirilən
Beynəlxalq Baxşi
(aşıq) sənəti
festivalı başa çatıb.
Festivala dünyanın 70-dən çox
ölkəsindən baxşi,
aşıq, akın və ozanlar, həmçinin folklorçu
alimlər, müxtəlif
xalqların folklor ansamblları qatılıb.
Özbəkistanda ilk dəfə keçirilən
festivalda ölkəmizi
şair, publisist Əkbər Qoşalı,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Əli
Şamil və “Aşiqlər” qrupunun üzvləri aşıq Samirə Əliyeva və aşıq Əli Quliyev təmsil ediblər. Festivalın açılışında
ölkəmizin Özbəkistandakı
səfiri Hüseyn Quliyev, Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov iştirak ediblər.
Festival çərçivəsində
aşıqlarımızın çıxışları alqışlarla
qarşılanıb. Birinci yeri
Özbəkistanın baxşi
ustaları tutub.
“Aşiqlər” qrupunun üzvləri aşıq Samirə Əliyeva və aşıq Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci
mükafata layiq görülüb. Onlara diplomlar
və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri
tutublar.
Festival çərçivəsində
“Dünya sivilizasiyasında baxşi sənətinin rolu”
adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.
Mədəniyyət.- 2019.- 12
aprel.- S.3.