“Əlvida,
Smidt” filminin premyerası olacaq
Aprelin 19-da Nizami
Kino Mərkəzində “Əlvida,
Smidt” bədii filminin premyerası olacaq. Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyası
nəzdində fəaliyyət
göstərən “Mozalan”
studiyasında Mədəniyyət
Nazirliyinin sifarişi ilə ərsəyə gələn film Azərbaycanda
almanların məskunlaşmasının
200 illiyinə həsr
edilib. Ekran əsərində Azərbaycanda doğulan
Emil Smidtin başına
gələn hadisələrdən
bəhs olunur. Ekran əsərində hadisələr
Göygöl (keçmiş
Helenendorf) ərazisində
cərəyan edir.
Filmin ssenari müəllifi Rüstəm
Babazadə, quruluşçu
rejissoru Əli-Səttar
Quliyev, quruluşçu
operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı
Əziz Məmmədov,
bəstəkarı İsfar
Sarabskidir. Əsas obrazları Əməkdar
artist Rasim Cəfər,
aktyorlar Azər Aydəmir və A.S.Qriboyedov adına
Tbilisi Dövlət Akademik
Rus Dram Teatrından dəvət olunmuş aktrisa Məryəm Kitiya ifa edir.
Filmdə həmçinin
xalq artistləri Şamil Süleymanlı, Qurban İsmayılov və Əməkdar
artist Zemfira Sadıqova
çəkilib.
LALƏ
Mədəniyyət.- 2019.- 17
aprel.- S.2.