Keşikçidağqoruğuna yürüş təşkil olunub

 

 

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü hər il ölkəmizdə də geniş qeyd olunur. Qoruqlarda, tarixi məkanlarda müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin canlandırılması, tarixi ərazilərdə insanların asudə vaxtlarının səmərəli keçirilməsi barədə tapşırığına əsasən, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda əlamətdar gün münasibətilə maraqlı aksiya – bayraqlarımızla bəzədilmiş maşın karvanı ilə qoruq ərazisinə yürüş təşkil edilib.

Daha sonra tədbir iştirakçıları üçün milli musiqi sədaları altında mağaralar kompleksinə ekskursiya keçirilib. Kompleks ilə tanış olan iştirakçılara qoruq əməkdaşları tərəfindən bu tarixi məkan haqqında ətraflı məlumat verilib, flayerlər və bukletlər paylanılıb. Sonda iştirakçılar Ali Baş Komandanın şərəfinə ucaldılmış “İlham Əliyev adına zirvə” ətrafında xatirə şəkli çəkdiriblər.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.4.