Sazı başına tac eləyən ustad

 

 

 

Mizrab vuranda düşmən, bağrına basanda, “köynəyinigeydirəndə həmdəm, dost. Aşıq Ədalət ruhumuzusaz”layan Qorqud yadigarını dilləndirəndə hərdən adama elə gəlirdi ki, görəsən, bu alət bir onunla barışarmı?! Deməzmi ki, adınƏdalətolsa da, mənə bu qədər sitəm verməkdə məqsədin nədir”?!

Amma yox, ulu saz ona fövqəladə sevgi bəsləyənin hərəzab”ını toy-bayram kimi qarşılayırdı. Ədalətin saza qarşıədalətsiz”liyimobil çağ”ımızda bucanlıruh, ürfan mənbəyinə yeni nəfəs, tamaşaçı-dinləyici ümmanı (auditoriyası yox) qazandırırdı. Bu aşıq-aşiqin sazsındırantövrünə Xalq şairi Nəriman Həsənzadə biganə qala bilməmişdi:

Ədalətdən mən ədalət istədim,

Sinəmizin dağı yaman dağ idi.

Ayrı görüb o yandırdı Kərəmi,

Yandırmasa, Kərəm hələ sağ idi...

Ədalət Məhəmmədəli oğlu Nəsibov (1939-2017) saza mehrini uşaqlıqdan salmışdı. Az qala hər ocaqdan saz səsinin, ozan sədasının ucaldığı Qazax eli Ədalət üçün təbii məktəb idi. İlk müəllim-ustadı da atası olmuşdu. Gənc yaşlarından saza şeydalığı fitri istedadı ilə tanınmış aşıqların, söz adamlarının diqqətini çəkmişdi. Hətta Xalq şairi Səməd Vurğun onunbişməmişçalğısının aşiqlərindən idi. Ancaq bu sənətin dəyişməz tələbiqızıl barmaq”lı gənc üçün keçərliydi. Odur ki, Ədalət ustad aşıqlardan Məmmədyara, Əliyə şəyird olur, sənətin sirlərini öyrənir. Başqalarından seçilən ifaçılıq bacarığını saza hədsiz sevgisini görən Aşıq Məmmədyar onun parlaq gələcəyi ilə bağlı inamını dilə gətirir...

 

Təkrarsız həyat kimi...”

 

O bilirdi ki, minilliklərin yadigarı olan bu sənətdə iz qoymaq elə asan deyil. Bunun üçün daha səylə çalışmaq, sələflərin uğurlu ənənələrini davam etdirmək sənətə xələl gətirməyən naxışlar vurmaq önəmlidir. Onu da düşünürdü ki, sevgi, zəhmət məsuliyyət sayəsində getməyin mümkün olduğu bu yol həm əbədi ömrə sarı aparır. Qorqud atadan işıq düşən bu yolda yürümək üçün Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Abbas Tufarqanlı, Dədə Ələsgər başqaları kimi mənəvi haqq qazanmaq lazımdır. Təsadüfi deyil ki, həmkarı müasiri Aşıq İmran Ədalət Nəsibovda Qurbani, Abbas, Alı, Ələsgər nəfəsinin olduğunu etiraf edirdi. Görkəmli türkiyəli yazıçı Əziz Nesin isə onun sənətkarlığını yüksək qiymətləndirərək demişdi: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşıq, söz sənətində kimdirsə, Ədalət saz sənətində odur”.

Ötən əsrin ortalarından sənətə gələn Ədalət Nəsibov özünəməxsus dəst-xətti ilə seçilmiş, saz ifaçılığına yeniliklər gətirməklə, davamçılarını yetişdirməklə öz məktəbini yaratmağa nail olmuşdu. O, Azərbaycan solo saz ifaçılığının təkrarsız əzəmətli simalarından idi. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Ədalət Nəsibovun bənzərsiz ifaçılığından bəhs edərək yazır: “O, hər dəfə sazı əlinə alanda bir ayrı adam oldu. Bu gün çaldığıYanıq Kərəmi”, “Ruhani”, “Qaraçı”, “Misridünən çaldığı havanın eynisi, təkrarı olmadı. O, min dəfəYanıq Kərəmi”ni çaldısa, mini biri-birinə bənzədiyi qədər biri-birindən fərqli oldu. Budur Ədalət Nəsibovun təkrarsız saz qüdrəti”.

Aşıq eldən yuxarı...” deyib ulularımız. Aşıq Ədalət aşıqlığın bu uca məqamını dərk etməklə yanaşı, ulu alətin başdan yuxarı olduğunu nümayiş etdirirdi. Yazını hazırlayarkən sənətkarın ifasının yer aldığı onlarla videolenti izlədik. O, sazı sinəsinin yuxarı hissəsində saxlayır, daha çox da başını söykəyərək çalırdı. Kim bilir, bəlkə Qorqud əmanəti ona nələrsə pıçıldayırdı...

Görkəmli sənətkar əksər saz havalarının (“Ruhani”, “Yanıq Kərəmi”, “Kərəm gözəlləməsi”, “Baş sarıtel”, “Cəlili s.) əvvəlində sanki ozan-aşıq sənətinin keçmişinə nəzər salır, sehrə bürünən saz əfsanəsinin xalq ruhuna doğmalığını dönə-dönə vurğulayırdı. Bu “giriş”lərlə həm nisgilli talelərin halına yanır, “ağı”layır, həm saz könüllülərini, dinləyiciləri nakam qəhrəmanın sonrakı yaşantılarına kökləyirdi...

Aşıq Ədalətin mahir ifaçılığı ilə yanaşı, ona tay oxusu da olub. Elə bir mühitdə yetişəsən, sözlə, səslə saza dayaq olmayasan... Şair, ədəbiyyatşünas Abbas Abdulla bu barədə yazır: “Yəqin çoxları Ədaləti yalnız aşıq havalarının gözəl ifaçısı kimi tanıyırlar. Ədalətin oxuduğu ağır havaları dinləməyənlər çox şey itirib”.

Ədalət Nəsibovun mahir ifalarının səsi-ünü Azərbaycan elindən çox-çox uzaqlarda eşidilib. O, müxtəlif ölkələrdə sazımızı ləyaqətlə təmsil edib. 2009-cu ildən aşıq sənətinin bəşəri status aldığı UNESCO təşkilatı tərəfindən onun ifaları lentə yazılıb.

2017-ci ilin 14 sentyabr günü ömrünü saza bağışlayan Əməkdar incəsənət xadimi Ədalət Nəsibov Türkiyədə, İranda, Gürcüstanda, Orta Asiya respublikalarındabir sözlə, sazın könülləri coşdurduğu, ruhlarasığal çəkdiyihər ünvanda tanınır, sevilir, hörmətlə anılır. Sazı başına tac eləyən ustad sənətkarın mənəvi ömrü elə saz ömrü qədərdir!

 

Fariz YUNİSLİ

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.6.