Parisin kabus günü
Dəhşətli yanğın Notr-Dam kilsəsinə böyük
zərər vurub
Aprelin
15-də yerli vaxtla saat 19-da Parisdəki dünyaca məşhur
Notr-Dam kilsəsində (Notre-Dame de Paris) başlanan
yanğını yalnız doqquz saatdan sonra söndürmək
mümkün olub.
400-dən çox yanğınsöndürənin mübarizə apardığı yanğın nəticəsində təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri, xristian-katolik dünyasının ən iri məbədlərindən olan binaya böyük zərər dəyib.
Alov təmir işləri üçün kilsənin damına yığılmış taxtalardan başlayıb və qısa müddətdə bütün binanı bürüyüb. Yanğın nəticəsində kilsənin ən hündür şpili və tavanı çöküb.
Yanğının davam etdiyi vaxt hadisə yerinə gələn Fransa Prezidenti Emmanuel Makron deyib: “Həmvətənlərimizin kədərini, daxili hislərini anlayıram.
Notr-Dam kilsəsi
bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz onu birlikdə yenidən tikəcəyik.
Dünyanın bütün istedadlı
memarlarını dəvət
edərək bərpa
edəcəyik”.
Yanğının uzun zaman davam
etməsi və söndürülməsində vertolyotlardan istifadə edilməməsi suallar doğurub. Bununla bağlı açıqlama
verilib ki, tonlarla suyun yuxarıdan binanın üzərinə tökülməsi
onun daha çox zərər çəkməsinə, hətta
uçmasına səbəb
ola bilərdi.
Kilsədə qədim dini
sənət əsərləri
yanğından mühafizə
edilib.
Qeyd edək
ki, Parisin tarixi simvolu olan, UNESCO-nun Dünya irsi siyahısına salınmış Notr-Dam kilsəsinin səkkiz əsrə yaxın tarixi var. Möhtəşəm
memarlıq nümunəsi
mərhələlərlə XII-XIV əsrlərdə (1163—1345) inşa
edilib. XIX əsrdə
uçub dağılmaq
təhlükəsi ilə
üzləşən tikilinin
qorunub saxlanılmasında
Viktor Hüqonun eyniadlı
romanının işıq
üzü görməsi
də əhəmiyyətli
rol oynayıb, bundan sonra kilsə
binası əsaslı
təmir olunub.
SƏBİNƏ
Mədəniyyət.- 2019.- 17
aprel.- S.8.