Moskvada “Azərbaycanın opera səsləri”
“Həmvətənlilərimiz
qarşısında çıxış etmək böyük məsuliyyətdir”
Moskva
Dövlət Konservatoriyasının Böyük salonunda Azərbaycanın
Xalq artisti, Rusiya Böyük Teatrının aparıcı
solisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi
festivalının açılışı olub.
Festivalın ilk konserti “Azərbaycanın
opera səsləri” adlanıb. Moskva klassik
musiqi həvəskarları
Xalq artisti Yalçın Adıgözəlovun
dirijorluq etdiyi Rusiya Milli Orkestrinin
müşayiəti ilə
opera müğənnisi Azər
Zadənin (tenor) ifasını
dinləyiblər. Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin
və Azərbaycanın
Moskvadakı səfirliyinin
dəstəyi ilə təşkil olunmuş konsertin proqramına Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cüzeppe Verdi, Cakomo Puççini, Corc Bize və digər
bəstəkarların əsərləri
daxil edilib.
Maestro Yalçın Adıgözəlov
AZƏRTAC-ın müxbiri
ilə söhbətində
Moskva Konservatoriyasında
çıxış etməyin
böyük məsuliyyət
olduğunu vurğulayaraq
deyib: “Təkcə ona görə yox ki, Moskva
Konservatoriyasının Böyük
zalı dahi musiqiçilərin çıxış
etdiyi əfsanəvi məkandır. Tamaşaçılar arasında bizim
həmvətənlərimiz də var. Onların qarşısında çıxış
etmək böyük məsuliyyətdir. Biz bugünkü konsertdə həm Avropa, həm Rusiya, həm də əlbəttə, Azərbaycan
musiqisini təqdim etdik”.
Y.Adıgözəlov qeyd edib ki,
Dinara Əliyevanın
festivalı opera sənəti
sahəsində böyük
hadisədir. Həm də Azərbaycanın
gənc vokalçısı
Azər Zadənin (Azər Rzazadə) Moskvada çıxış
etməsi qürurvericidir.
Tamaşaçılar onun ifasını
hərarətlə qarşıladılar.
Azər üç dildə - Azərbaycan, rus və italyan dillərində oxudu.
Azərbaycanda çox istedadlı
vokalçılar nəsli
yetişir. Elçin Əzizov,
Yusif Eyvazov, Əvəz Abdullayev və başqaları ölkəmizi dünyanın
mötəbər teatr
səhnələrində uğurla
təmsil edirlər.
Qeyd edək ki, Azər Rzazadə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Hazırda Milanın La-Skala Teatrında çalışır. Beynəlxalq müsabiqələrin laureatıdır.
Azərbaycanın Xalq artisti Dinara
Əliyevanın “Opera Art” festivalı
Moskvada iki ildən bir keçirilir. Bu il
aprelin 13-də start götürən
festival mayın 30-dək davam
edəcək. Festival çərçivəsində
beş konsert
nəzərdə tutulub.
Aprelin
21-də “Belarusun opera səsləri”
konsert proqramı təqdim olunacaq. Daha sonra isə
festival müxtəlif günlərdə
“İtaliya operasının
xor şedevrləri”, C.Puççininin “Madam Batterflay”,
A.Dvorjakın “Rusalka”,
C.Verdinin “Ernani” operalarının konsert variantları ilə davam edəcək.
Mədəniyyət.- 2019.- 17
aprel.- S.8.