İzmirdə birgə rəsm sərgisi
Türkiyənin İzmir şəhərində azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərlərindən ibarət sərgi açılıb.
Sərgidə ümumilikdə 32 rəsm əsəri, o cümlədən azərbaycanlı rəssamın 17 əl işi yer alıb. Onların arasında “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri” və s. əsərlər var. Türkiyəli rəssamın əsərlərində sosial qeyri-bərabərlik mövzusu təsvir olunub.
Rəssam Gülnarə Muxtarova
Pamuk tədbirin məqsədinin Azərbaycanı
Türkiyədə daha geniş
tanıtmaq olduğunu bildirib.
Azərbaycanlı rəssamın əsərlərinin bu ilin sonunda
Belçikada da sərgilənməsi
planlaşdırılır.
Mədəniyyət.- 2019.- 17
aprel.- S.8.