Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu

 

 

Bəstəkarlar İttifaqında “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu” adlı elmi konfrans işə başladı. Konfrans böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək konfransın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ilielan edilib: “Bu təşəbbüs incəsənət adamları üçün əlamətdar hadisədir. Hər ay, hər il bu böyük mütəfəkkir şairlə bağlı yeni-yeni məlumatlar alırıq. Bilirsiniz ki, Nəsiminin uyduğu Suriyanın Hələb şəhəri müharibə nəticəsində böyük dağıntıya məruz qalıb. Nəsiminin məzarı da zədələnib. Bu hadisələr bizi çox pərişan edir. Təəssüflər olsun ki, şairin vaxtilə keçirdiyi iztirabları bu günhiss edirgörürük”.

Firəngiz Əlizadə bildirdi ki, Azərbaycan bəstəkarları həmişə Nəsimi yaradıcılığına böyük maraq göstəriblər: “Bu yaxınlarda Bəstəkarlar İttifaqında Nəsimi mövzusu çox geniş şəkildə müzakirə edildi. Nəsiminin şəxsiyyəti və yaradıcılığı daha çox musiqidə öz təcəssümünü tapıb, bir sıra maraqlı əsərlər yaranıb. Fikrət Əmirovun Nəsimiyə həsr olunan baleti, Azər Rzayevin simfonik əsəri, Əziz Əzizlinin simfonik poeması və s. əsərlər vaxtaşırı səsləndirilir. Bütün bunlar onu göstərir ki, Nəsimi mövzusu bizim musiqi həyatımızda yaşayır və gələcəkdə də yaşayacaq”.

Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan musiqisində İmadəddin Nəsimi mövzusu” adlı məruzə ilə çıxış etdi. O, Nəsiminin bənzərsiz yaradıcılığının bu gün də insanları özünə cəlb etməsi və düşündürməsindən danışdı. Qeyd etdi ki, şairin irsinin geniş təhlili ötən əsrin 70-ci illərində daha geniş vüsət alıb. Bu dövr Nəsimi irsinin tədqiqi və təbliği baxımından əhəmiyyətli mərhələdir.

Tofiq Quliyevin “Nəsimi” kinofilminə musiqisi haqqında” mövzusunda məruzə edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zemfira Abdullayeva bildirdi ki, ekran əsəri VII Ümumittifaq kinofestivalında mükafat alıb. Filmin bəstəkarı Tofiq Quliyev isə Dövlət mükafatına layiq görülüb.

Konfransda həmçinin Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədovanın, musiqişünas Raya Abbasovanın mövzu ilə bağlı məruzələri dinlənildi.

Daha sonra musiqi nömrəsi təqdim edildi. Əməkdar artist Gülüstan Əliyeva Tofiq QuliyevinNəsimikinofilmindən mahnı Emin SabitoğlununEylədiromansını səsləndirdi. Onun ifası alqışlarla qarşılandı.

Qeyd edək ki, konfrans işini aprelin 19-da davam etdirəcək. Konfransın ikinci gününün proqramınaFikrət Əmirovun yaradıcılığında Nəsimi obrazı” (sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı), “Firəngiz Əlizadənin yaradıcılığında obrazlılıq” (professor Həcər Babayeva), “Nəsimiyə bir ithaf: Azər RzayevinNəsimisimfonik poeması” (sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Cəfərova), “Azərbaycan bəstəkarlarının vokal yaradıcılığında Nəsimi lirikası” (Aysel Kərimova) başqa mövzularda məruzələr daxildir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.-2019.- 19 aprel.- S.2.