İstanbulda Hüseyn Cavidin “İblis” faciəsinin premyerası
Böyük ədibin yüz yaşlı əsəri ilk dəfə
Türkiyə səhnəsində
tamaşaya qoyulub
İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər
Teatrlarının (İstanbul
Şəhər Teatrları)
Harbiyə Muhsin Ərtuğrul səhnəsində
görkəmli Azərbaycan
şairi və dramaturqu Hüseyn Cavidin “İblis” pyesi tamaşaya qoyulub. Aprelin 17-də tamaşanın premyerası keçirilib.
Səhnə əsəri İstanbul Şəhər Teatrları
və Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar
incəsənət xadimi,
İstanbul Şəhər
Teatrlarının direktor
müavini Məlahət
Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq
Hilmi Zəfər Şahin, baş məsləhətçisi filologiya
üzrə fəlsəfə
doktoru, şairə-publisist
Sona Vəliyevadır.
Tamaşanın musiqisini Azərbaycanın
Xalq artisti, bəstəkar Aygün Səmədzadə yazıb.
Səhnə əsərinin hazırlanmasına
İstanbul Şəhər
Teatrlarının direktoru
Sedat Çakır tərəfindən dəstək
verilib.
Böyük ədibin məşhur
əsərinin İstanbul
səhnəsində ilk nümayişini
Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov, Azərbaycanın
mədəniyyət naziri
Əbülfəs Qarayev,
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq
qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin
sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri
Xəzər İbrahim,
ölkəmizin İstanbuldakı
baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları,
türkiyəli və
azərbaycanlı sənət
adamları, ziyalılar,
media nümayəndələri, çoxsaylı teatrsevərlər
izləyib.
Qeyd edək
ki, 600 nəfərlik tamaşaçı tutumu olan Harbiyə Muhsin Ərtuğrul İstanbul Şəhər
Teatrlarının (cəmisi
12 səhnəsi var) ən böyük məkanlarından biridir.
Tamaşada baş rolları
Türkiyənin tanınmış
aktyorları Rıdvan
Çələbi, Əmrə
Narcı, İskəndər
Bağcılar, Şenay
Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık
oynayırlar.
Səhnə əsərində “Maping”
3D işıq cihazlarından
istifadə edilib. İstanbulun teatr
səhnələri üçün
ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.
Premyeradan
sonra çıxış
edən mədəniyyət
naziri Əbülfəs
Qarayev, tamaşanın
quruluşçu rejissoru
Məlahət Abbasova,
baş məsləhətçisi
Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir
ədibi türk, eləcə də dünya tamaşaçısına
tanıtmağın vacibliyini
qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının
şah əsəridir.
Əsər bir əsr öncə yazılmasına
baxmayaraq, mövzu bu gün də
aktuallığını qoruyur
və təəssüf
ki, müasir həyatımızda davam edən qarşıdurmaları
özündə əks
etdirir.
Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri
ilə yanaşı, mədəni əlaqələrin
də sıx olduğu vurğulanıb. Əsərin Türkiyənin ən böyük səhnələrindən
birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.
Hüseyn Cavid “İblis” mənzum faciənin 1918-ci
ildə yazıb. Əsərdə hadisələr Birinci Dünya müharibəsi zamanı cərəyan edir. Müəllif əsərdə insanların necə qanlar tökdüyünü,
necə acımasız
olduğunu və iblisə uyduqlarını
əks etdirib.
Pyes ilk
dəfə 1920-ci ildə Azərbaycan Dövlət
Teatrında Abbas Mirzə Şərifzadə
tərəfindən səhnəyə qoyulub,
rejissor baş rolu özü oynayıb. Daha sonra Aleksandr
İvanov (1922) və Aleksandr
Tuqanov (1926) tərəfindən səhnələşdirilib.
Populyarlıq qazanan əsər özbək
dilinə tərcümə olunub və
1923-cü ildə tamaşaya qoyulub. Hüseyn Cavidin repressiya
olunmasından sonra, onun
bir çox əsərləri
kimi, “İblis” də uzun illər səhnədən kənarda
qalıb. 1983-cü ildə görkəmli rejissor
Mehdi Məmmədovun quruluşunda
Dövlət Akademik Dram
Teatrında səhnələşdirilib.
Mədəniyyət.-2019.- 19 aprel.-
S.1;3.