Budapeştdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş
tədbir
Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına, həmçinin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” ölkə başçısının sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeşt şəhərində Nəsimiyə həsr olunmuş ədəbi-musiqili tədbir keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti 22-25 aprel tarixində Macarıstana səfər edəcək.
Budapeştdəki Yunus Əmrə İnstitutunda gerçəkləşəcək tədbirdə Azərbaycan və Türkiyədən nəsimişünas alimlərin, macar türkoloqların çıxışları, Azərbaycan Milli Kitabxanasının fondunda olan, Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin təşkili, azərbaycanlı tələbələrin və yerli macar musiqiçilərin ifasında şairin qəzəllərinin və sözlərinə yazılmış musiqi parçalarının səsləndirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin
Macarıstan İnsan Resursları
Nazirliyində və Macarıstan Milli
Kitabxanasında görüşlər keçirməsi, iki ölkə arasında “Mədəniyyət
sahəsində Əməkdaşlıq Proqramı”nın
imzalanması da
planlaşdırılıb.
Mədəniyyət.-2019.- 19 aprel.-
S.1-2.