“Nəsimi sözünün qüdrəti”

 

 

 

Kürdəmir rayon Mədəniyyət Mərkəzində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı Kürdəmir Regional Mədəniyyət İdarəsi və rayon Təhsil şöbəsi ilə birgə “Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans keçirib.

Tədbiri muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açıb. Muzeyin şöbə müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli  “Nəsiminin farsca “Divan”ının özəllikləri” mövzusunda, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə “Nəsimi yaradıcılığında inanclar sistemişairin ədəbi təsir dairəsi” mövzusunda məruzə ilə çıxış ediblər.

Sonra Nəsimiyə həsr edilmiş qəzəl müsabiqəsinin qaliblərinə Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Kürdəmir Regional Mədəniyyət İdarəsi və Təhsil şöbəsinin fəxri fərmanları təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.7.