Bəstəkar yaradıcılığında aşıq musiqisinin tərənnümü

 

 

 

Azərbaycan bəstəkarlarının orta nəslinə mənsub olan Rüfət Ramazanov  Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)  elmi-tədqiqat laboratoriyasının aparıcı elmi əməkdaşıdır.

Müəllifin bir sıra əsərləri BMA-nın dərs vəsaitlərində, eyni zamanda bir neçə antologiyada çap olunub və CD şəklində işıq üzü görüb. Həmçinin əsərlərinin lent yazısı Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının musiqi fondunda saxlanılır.

Rüfət Ramazanov 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. Musiqiyə həvəsi çox erkən özünü büruzə vermiş və valideynləri onu hələ 4 yaşında ikən məktəbəqədər musiqi (hazırlıq) kurslarına yazdırmışlar. Bu illərdə fortepiano ixtisası üzrə ilk musiqi dərslərini almışdır. Sonralar həvəs və istedadı onu Bülbül adına Orta ixtisas musiqi məktəbinə gətirir. Burada artıq professional təhsilə, skripka sinfi üzrə dərsləri mənimsəməyə başlayır.

Sonra təhsilini Asəf Zeynallı adına Musiqi Məktəbində davam etdirir. Burada öz ixtisası ilə paralel (fakültativ) olaraq, bəstəkarlıq (uşaq yaradıcılığı) sinfi üzrə də məşğul olmağa başlayır. O vaxt dahi bəstəkar Qara Qarayevin tələbələrindən olan Leonid Vaynşteyn məktəbdə dərs deyirdi. R.Ramazanov bu bəstəkarın rəhbərliyi altında ilk yaradıcılıq nümunələrini yaratmağa başlayır. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində professor Xəyyam Mirzəzadənin sinfində təhsil alır. Tələbə-bəstəkar kimi bir sıra kamera-instrumental, vokal əsərlərini yazır. 1995-ci ildə yazdığı diplom işinə – “Hürufiləradlı simfonik poemasına əla qiymət alması bəstəkarın simfonik janra olan böyük həvəsini bir daha təsdiqləyir.

1996-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilir. Bu illərdən başlayaraq simfonik janrda bir sıra yeni əsərlər yazır. Böyük simfonik orkestr üçün yazılmışFəzlullah Nəimisimfonik poeması, “Əsrin dahisi” (ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş simfonik dastan),  Qara Qarayevə ithafsimfoniyası başqa əsərləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Televiziyasının Niyazi adına Simfonik orkestri tərəfindən uğurla ifa edilmiş CD- yazılmışdır. Bu janrda olan uğurlu fəaliyyətinə görə bəstəkar 2003-cü ildəGənclər mükafatı”na layiq görülmüşdür.

R.Ramazanov teatr kino musiqisi sahəsində uğurlu fəaliyyət göstərərək beş tamaşaya üç filmə musiqi yazmışdır. Eləcə fortepiano üçün qələmə aldığıPrelüdlər”, “Musiqi anlarısilsilələri, “Ötəri anlarkimi əsərləri dəfələrlə ifa olunmuşdur.

Bəstəkarın 2011-ci ildə yazdığıDivaniəsərinin konsepsiyası olduqca maraqlıdır. Burada aşıq (saz) musiqisinin ifa manerasının, məhz fortepianonun səslənməsində onun faktura quruluşunda, bir növ təqlidini yaratmaq kimi məqsəd özünü göstərir. Bu barədə müəllif belə söyləmişdir: “Hər bir musiqi alətinin öz xarakterik faktura quruluşu vardır. Faktura hər bir alətin ifa manerasının, ifa tərzinin simasıdır”. Əsərdə aşıq musiqisinin xarakterik xüsusiyyətlərinin təqlidi ilə paralel olaraq, müasir bəstəkarlıq texnikasının da istifadəsi öz yaradıcı həllini tapmışdır. Müəllif tərəfindən qurulan improvizə nümunəsi, bilavasitə ifaçının musiqi kompozisiyası çərçivəsində öz ifaçılıq imkanlarının geniş şəkildə büruzə verməsinə şərait yaradır. Divanicoşqun, ehtiraslı, qəhrəmani mübariz xarakterdə olan aşıq şeiri nümunəsidir. Musiqi əsərinin obraz quruluşu da bu ideyanın üzərində bərqərar olmuşdur. Bəstəkar bu əsəri onun ilk ifaçısı olan görkəmli pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyovaya ithaf etmişdir. 

R.RamazanovunDivaniəsəri 2009-cu ildə UNESCO-nun siyahısına salınmış Azərbaycan aşıq sənətinin təbliğinə mühüm töhfədir.

 

Kəmaləxanım ƏSƏDULLAYEVA

sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.5.