Xaçmazda Tofiq
Tağızadənin 100 illiyinə həsr olunmuş
tədbir
Xaçmazdakı Heydər Əliyev Mərkəzində görkəmli kinorejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, xalq artistləri Ənvər Həsənov, Rafiq Əzimov, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Dövlət Film Fondunun hazırladığı, Tofiq Tağızadənin həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək ölkə başçısının müvafiq sərəncamı ilə 100 illik yubileyi qeyd olunan Tofiq Tağızadənin Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri olduğunu vurğulayıb.
Əməkdar incəsənət xadimi Ayaz Salayev Tofiq Tağızadənin Azərbaycan kino sənətinə bəxş etdiyi filmlər haqqında danışıb. Bildirib ki, nadir istedada malik olan rejissorun “Arşın mal alan” (1965), “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmləri milli kinomuzun “qızıl fond”unu təşkil edir.
Xalq artistləri Ənvər Həsənov və Rafiq Əzimov görkəmli kinorejissorun yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirdə T.Tağızadənin filmlərindən
fraqmentlər nümayiş etdirilib.
Mədəniyyət.- 2019.- 19
aprel.- S.4.