Tovuzda xalq
teatrları festivalının seçim mərhələsi
və dərnəklərə baxış keçirilib
Mədəniyyət Nazirliyinin “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”nda xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün festival, müsabiqə və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Plana əsasən, III Respublika Xalq Teatrları Festivalına start verilib və regionlarda seçim mərhələləri keçirilir.
Festivalın növbəti seçim mərhələsi Tovuz rayonunda təşkil olunub. Bu mərhələdə Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin tabeliyindəki mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak edib.
Tovuz rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Xoşbəxtlər” tamaşası ilə çıxış edib. Tamaşa münsiflər heyəti və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Daha sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinin mədəniyyət studiyası tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış “Qara nağıl” kompozisiyası nümayiş etdirilib.
Festivalın seçim mərhələsi çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəkləri, birlikləri və digər kollektivlərə baxış keçirilib. Tovuz rayon Mədəniyyət Mərkəzinin “Xədicə” rəqs ansamblı, saz və gitara dərnəklərinin üzvləri, Ağstafa rayon Mədəniyyət Mərkəzinin ”Dastan” aşıqlar ansamblı, Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” nəfəs alətləri ansamblı maraqlı proqramla çıxış edib.
III Respublika Xalq
Teatrları FestivalınınTovuzdakı seçim
mərhələsi çərçivəsində peşəkar
rejissor, aktyorlar tərəfindən
xalq teatrlarında ustad
dərsləri də keçirilib. Həmçinin
festival ərəfəsində
oynanılan tamaşalarda görülən
kiçik qüsurların düzəldilməsi
üçün tövsiyələr verilib. Ustad dərslərində
iştirak edən xalq
teatrlarının kollektivləri göstərilən diqqətə,
onların potensialının üzə
çıxarılması üçün
təşkil edilən festivala, həmçinin
ustad dərslərinə görə təşəkkürlərini
bildiriblər.
Mədəniyyət.- 2019.- 19
aprel.- S.4.