Ölkəmiz Los-Ancelesdə kitab festivalında təmsil olunub

 

 

ABŞ-ın Cənubi Kaliforniya Universitetində (USC) “Los Angeles Times” qəzeti tərəfindən keçirilən kitab festivalında ölkəmiz təmsil olunub.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, 150 mindən çox ziyarətçinin qatıldığı bu festival ABŞ-da kitabla bağlı ən böyük tədbirdir.

Baş konsulluq tərəfindən qurulmuş stenddə Azərbaycan Milli Kitabxanasından göndərilmiş nəşrlər, o cümlədən britaniyalı Qrem Uilsonun ümummilli lider Heydər Əliyev haqqında kitabı, İmadəddin Nəsimi, Mir Cəlal, Anar, Elçin, Kamal Abdulla başqa Azərbaycan ədiblərinin əsərləri, Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə digər bəstəkarlar haqqında nəşrlər nümayiş etdirilib. Qarabağın musiqi mədəniyyətini, Bakının qədim müasir memarlıq incilərini, ölkəmizin tarixi, dinlərarası harmoniya, multikulturalizm tolerantlıq ənənələrini, turizm imkanlarını, mədəniyyətini, musiqisini mətbəxini əks etdirən kitab, jurnal broşürlər stenddə yer alıb.

Kaliforniya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri və Los-Ancelesdə yaşayan azərbaycanlı icmasının fəalları tərəfindən milli geyimlərimizin də təqdim edildiyi stend sərgiyə gələn ziyarətçilərin xüsusi marağına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.8.