Mənəvi dəyərlər sistemində Nəsimi fəlsəfəsi

 

 

 

“Nəsimi ili” çərçivəsində növbəti tədbir aprelin 23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində reallaşıb.

“Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktik seminarda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası müəllimlərinin məruzələri dinlənilib. Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri “Nəsimi” kompozisiyasını təqdim ediblər.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli orta məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2019.- 24 aprel.- S.2.