Dünya Kitab və
Müəlliflik Hüququ Günü
münasibətilə sərgi
Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən kitaba və müəlliflərə hörmət nişanəsi olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Milli Kitabxanada
“23 aprel Dünya Kitab və Müəlliflik Hüququ
Günüdür” adlı geniş
kitab sərgisi açılıb. Sərgidə
Azərbaycan və digər dillərdə nəşr olunmuş dünya ədəbiyyatı
nümunələri, müəlliflik hüququ
ilə bağlı kitablar və qəzet,
jurnal materialları nümayiş
olunur.
Mədəniyyət.- 2019.- 24
aprel.- S.2.