Lerikdə Xalq artisti
Qabil Quliyevin 70 illiyi qeyd olunub
Lerik Rayon Mədəniyyət
Mərkəzində Lənkəran
Dövlət Dram Teatrının
aparıcı səhnə
ustası, Xalq artisti Qabil Quliyevin
70 illiyi qeyd olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini
Arzu Vəliməmmədova,
Lənkəran Dövlət
Dram Teatrının direktoru
Tofiq Heydərov, İranın Ərdəbil
vilayəti Mədəniyyət
baş idarəsinin rəis müavini Qərib Mənuçehri və başqaları Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik
edərək, onun Azərbaycan teatrının
inkişafına verdiyi
töhfələrdən danışıblar.
Yubilyara rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən
xatirə hədiyyələri
təqdim olunub.
Sonra teatrın
aktyorları Üzeyir
Hacıbəylinin əsərləri
əsasında mərhum
rejissor, Əməkdar
incəsənət xadimi
Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən”
tamaşasını təqdim
ediblər. Tamaşada əsas rolları Xalq artisti Qabil
Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül
Quliyeva, Əlibala Əsgərov, Emin Fərzullayev, Hikmət Cəfərov, Rauf Zeynalov və Nizami Qurbanov canlandırıblar.
Qeyd edək ki,
yubilyar aktyorun iştirak etdiyi
“Olanlardan-keçənlərdən” tamaşasının
premyerası 1985-ci il martın 28-də olub. Teatrın repertuarında sevilərək
baxılan bu tamaşanın
videoyazısı Azərbaycan Televiziyasının
“qızıl fondu”nda
saxlanılır.
Mədəniyyət.- 2019.- 24
aprel.- S.4.