Uşaq incəsənət məktəbində
Asəf Zeynallının 110 illiyi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq incəsənət məktəbində 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz izlər qoyan, ilk milli romans, piano və simfonik musiqi əsərlərinin müəllifi bəstəkar Asəf Zeynallının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Məktəbin direktoru Kəmalə Həşimova, nəzəriyyə şöbəsinin müəllimi Sevinc Eminova bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixində xidmətlərindən danışıblar.
Asəf Zeynallının tamaşalara bəstələdiyi musiqilər, “Uşaq süitası”, “Ölkəm”, “Sual”, “Çadra” romansları, violin üçün “Muğamsayağı” əsəri səsləndirilib.
Şagirdlər bəstəkarın “Uşaq süitası”ndan fraqmentlərə həsr
olunan rəsmlər çəkib, “Ölkəm”
romansını və bəstəkarın xor
üçün işlədiyi “Səndən
mənə yar olmaz” xalq mahnısını ifa
ediblər.
Mədəniyyət.- 2019.- 24
aprel.- S.2.