Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiq olunub

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli 174 nömrəli qərarı iləAzərbaycan dilinin Orfoqrafiya Normalarıtəsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla qəbul edilən qərara əsasən, “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarının müvafiq hissəsi ləğv edilib.

Sentyabr ayında Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti çap ediləcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, hazırda lüğətin hazırlanması istiqamətində yekunlaşmaq üzrədir. Yeni orfoqrafiya lüğəti çap ediləndən sonra isə orta məktəb dərsliklərində də buna əməl olunacaq.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.7.