Yeniyetmə vokalçı “Novaya volna”nın finalında

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin vokal ixtisası üzrə V sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı İsgəndər Həsənzadə 18-20 aprel tarixində Moskvada  keçirilən “Novaya volnaestrada-vokal müsabiqəsində iştirak edib.

12 yaşa qədər uşaqlar arasında keçirilən müsabiqənin yarımfinalında 18 ölkədən 100-ə yaxın ifaçı yarışıb.

Finala vəsiqə qazanan 12 nəfər iştirakçı arasında Azərbaycandan olan yeganə vokalçı İskəndər Həsənzadə də var. Müsabiqənin final mərhələsi 30-31 may tarixində keçiriləcək.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.5.