Gənc azərbaycanlı şairin “Səmərqənd divanı”

 

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) gənc şair Fərid Hüseynin Azərbaycan, özbək və rus dillərində çap olunan “Səmərqənd divanı” kitabının təqdimatı keçirilib.

AMM-in direktoru Samir Abbasov şairin yaradıcılığı haqqında danışıb, əsərin Şərqin ən böyük memarlıq abidəsi sayılan Səmərqənd şəhərinin möhtəşəm tarixinə işıq saldığını qeyd edib.

Alim və tərcüməçi Babaxan Şərif Özbəkistan üçün xüsusi əhəmiyyət kəsb edən mövzutarixi Səmərqənd şəhəri haqqında əsər yaratdığına görə müəllifə  təşəkkürünü bildirib.

“Səmərqənd divanı”nı özbək dilinə tərcümə edən şair Tahir Qahhar deyib ki, Fərid Hüseyn bu poetik silsiləni qələmə almaqla ilk növbədə mövcud ənənəni davam etdirib, Səmərqəndin tarixi yerlərini ziyarət etdikdən sonra duyğu və düşüncələrini, əbədiyyət, fanilik, ötəriliklə bağlı fikirlərini bölüşüb.

Sonda Fərid Hüseyn çıxış edərək əsərin yaranma səbəbi, Şərqin ən böyük tarixə, zəngin mədəniyyətə malik, qüdrətli bir imperiyanın paytaxtı olmuş Səmərqənd şəhəri haqqında danışıb. O, monoloqdan ibarət olan əsərini fanilik duyğusuna ithaf etdiyini qeyd edibonu Azərbaycan şairi Xaqaninin “Mədain xərabələri” əsərindən sitatla başladığını söyləyib.

Tədbirdə Fərid Hüseyn Azərbaycan-Özbəkistan ədəbi əlaqələri sahəsində fəaliyyətinə görə AMM-in fəxri diplomu ilə təltif olunub.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.7.