Bodrumda türk-yunan mədəniyyət festivalı

 

 

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində 20-21 aprel tarixindəHalikarnassos İki Yaka  Mədəniyyət Festivalıkeçirilib.

Türk-yunan dostluğunun inkişafına kömək etmək yerli mədəniyyəti tanıtmaq məqsədilə Qumbağça (Kumbahçe) sahilində təşkil olunan festival rəngarəng görüntülərə səhnə olub.

Bodrumun antik dövrlərdəki adınınHalikarnassosun ön plana çıxarıldığı tədbirdə yerli qruplar İstanköydən gələnHorokosrəqs qrupu çıxış edib.

Vaxtilə Kritdən köçən çox sayda vətəndaşın yaşadığı Qumbağça məhəlləsində türk yunan mahnıları səsləndirilib.

Festivalda yerli yeməklərin əl sənətlərinin nümayiş olunduğu stendlər qurulub, dəfilə keçirilib.

Qumbaxça məhəlləsinin muxtarı Nil Taşkıran çıxışında hər iki mədəniyyəti yaxınlaşdırmaq istədiklərini deyib.

İstanköy Müsəlmanları Mədəniyyət, Həmrəylik Qardaşlıq Dərnəyinin sədri Kadri Memiş festivala qatıldığına görə özünü çox xoşbəxt hiss etdiyini bildirib.

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.8.