Muzeydə Zülfüqar
Hacıbəyovun xatirə axşamı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycanda musiqili teatrın yaradıcılarından biri olan Zülfüqar Hacıbəyovun anadan olmasının 135 illiyi qeyd olunub.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova və muzeyin filial müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, ictimai fəaliyyətindən bəhs ediblər.
Xalq artisti Canəli Əkbərov Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında əsas partiyada çıxış etməsi, bəstəkarın oğlu maestro Niyazinin onun yaradıcılığında əvəzsiz yeri haqqında danışıb.
Bədii hissədə Əməkdar
artist, tarzən Elxan Mansurovun müşayiəti ilə Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrının solistləri – Xalq artisti Gülyaz
Məmmədova və Əməkdar artist
Səbuhi İbayev “Aşıq Qərib”
operasından duet ifa
ediblər. Bakı Musiqi
Akademiyasının professoru, Xalq artisti Ülviyyə
Hacıbəyovanın, Azərbaycan Dövlət Fortepiano Triosunun (əməkdar
artistlər Töhfə Babayeva, Elnarə
Kəbirlinskaya, Səbinə İbrahimova),
Bülbül adına Orta
ixtisas musiqi məktəbinin
şagirdi Aslan
Carçılının ifalarında Üzeyir
Hacıbəylinin, Zülfüqar Hacıbəyovun,
Soltan Hacıbəyovun əsərləri
səslənib.
Mədəniyyət.- 2019.- 24
aprel.-S.6.