Qobustan qoruğunda “açıq qapı” günü

 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda “açıq qapı” günü keçirilib. “Açıq qapı” günü çərçivəsində Mədəniyyət Nazirliyi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının birgə dəstəyi ilə qoruqda Ermənistanın işğal etdiyi torpaqlarımızda qalmış mədəni abidələrin fotolarından ibarət sərgi də açılıb.

Qoruğun direktoru Vüqar İsayev deyib ki, sərgidə Qarabağ torpağında erməni vandalizminə məruz qalmış muzeylər, mədəniyyət evləri, məscidlər, qəbirlər, qədim alban memarlıq abidələri, arxeoloji abidələr, xalçalar və digər mədəni irs nümunələrimizlə bağlı stendvideo-çarxlar nümayiş edilib. Muzey əməkdaşları, yerlixarici ölkə vətəndaşlarına vandalizmə məruz qalmış mədəni irs abidələrimiz, ümumilikdə Qarabağın maddi və mədəni irsi haqqında ətraflı məlumat veriblər.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.8.