Almaniya qəzetində ölkəmizdəki
alman irsi haqqında məqalə
Almaniyanın “Die Kirche” qəzetində müəllifi Malte Haydeman olan Azərbaycandakı alman irsinə həsr edilən məqalə dərc olunub. Məqalədə 200 il öncə Azərbaycana köç etmiş almanlar haqqında məlumat verilir.
Jurnalist Almaniyanın İkinci Dünya müharibəsi zamanı SSRİ-yə hücum etməsindən sonra Stalinin əmri ilə Azərbaycanda yaşayan almanların da deportasiya edildiyini bildirir.
Müəllif əvvəllər Helenendorf adlandırılan indiki Göygöl ərazisində almanlar tərəfindən 1857-ci ildə inşa edilən kilsədən söz açır, kilsə binasında Azərbaycandakı alman irsini əks etdirən kiçik muzeyin burada xristian almanların mirasının qorunub-saxlanılmasının təcəssümü olduğunu qeyd edir.
Yazıda keçmiş
Annenfeld – indiki Şəmkir
şəhərinin ərazisində qalmış alman evlərindən söz
açılır, burada 1909-cu ildə inşa edilən kilsənin, həmçinin paytaxt Bakıda alman irsinin nümunələrinə rast gəlindiyi və mühafizə olunduğu vurğulanır.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.1.