Krakov Dağ-Mədən
Akademiyasında Yusuf Məmmədəliyevin
xatirəsi əbədiləşdirilib
Dünya şöhrətli kimyaçı, akademik Yusuf Məmmədəliyevin Polşa elminə verdiyi töhfələri nəzərə alaraq, Krakov şəhərində yerləşən Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının təklifi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, ölkəmizin Polşadakı səfirliyinin dəstəyi ilə təhsil müəssisəsində görkəmli alimin xatirəsinin əbədiləşdirilməsi məqsədilə barelyefi quraşdırılıb.
Aprelin 24-də akademik Y.Məmmədəliyevin barelyefinin açılış mərasimi keçirilib.
Mərasimdə Stanislav Staşiç adına Dağ-Mədən Akademiyasının rəhbərliyi, Kimya və Neft fakültələrinin professor-müəllim və tələbə heyəti, habelə Azərbaycan Respublikasının nümayəndələri – ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Baxışov, Azərbaycan Milli Elmlər Akademiyası akademik Y.H.Məmmədəliyev adına Neft- Kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, Y.H.Məmmədəliyevin memorial muzeyinin direktoru, professor Reyhan Əliyeva və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbirin birinci hissəsində səfir Həsən Həsənov çıxış edərək barelyefin bu akademiyanın ərazisində quraşdırılması ideyası və onun həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat verib.
Vüqar Baxışov Mədəniyyət Nazirliyi rəhbərliyinin salamlarını akademiya rəhbərliyinə çatdıraraq rəsmi təşəkkür məktubunu təqdim edib.
Reyhan Əliyeva akademik Y.Məmmədəliyevin elmi və ictimai fəaliyyəti haqqında, xüsusən onun neft və kimya sahəsində Polşa alimləri ilə əlaqələrindən danışıb. Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Y.Məmmədəliyev haqqında film nümayiş olunub.
Tədbirin ikinci hissəsində Dağ-Mədən Akademiyası Kimya fakültəsinin korpusunda Y.Məmmədəliyevin barelyefinin rəsmi açılış mərasimi keçirilib, barelyefin qarşısına Azərbaycan və Polşa nümayəndələri tərəfindən gül dəstələri qoyulub.
Akademik Yusuf Məmmədəliyevin “Polşa alimlərinin dünyada
neft kimyası elminin
inkişafına verdiyi töhfə”
adlı kitabçalar və onun həyat və
yaradıcılığını əks etdirən bukletlər
mərasim iştirakçılarına paylanılıb, habelə
xeyli sayda nüsxə
akademiyanın kitabxanasına bağışlanılıb.
Mədəniyyət.- 2019.- 26
aprel.- S2.