Milli Konservatoriyanın tələbəsi ABŞ-da
birincilik qazanıb
Azərbaycan Milli Konservatoriyasının
(AMK) xalq çalğı
alətləri – balaban
ixtisası üzrə
təhsil alan
2-ci kurs tələbəsi
Anar Vəlizadə aprelin 21-də ABŞ-ın
Nyu-York şəhərində
keçirilən “American
protégé” Beynəlxalq musiqi müsabiqəsində
1-ci yerə layiq görülüb.
Dünyanın müxtəlif ölkələrindən
40-dan çox façının
qatıldığı müsabiqədə
Anar Vəlizadə görkəmli bəstəkar,
Xalq artisti Cahangir Cahangirovun “Aylı gecələr” əsərini ifa edib. Onu AMK-nın müəllimi,
Prezident təqaüdçüsü
Minirə Nəcəfzadə
müşayiət edib.
Təqdim olunan ifa münsiflər heyəti tərəfindən yüksək
qiymətləndirilib və
I yerə layiq görülüb.
Qeyd edək ki,
Anar Vəlizadə Gənclər və İdman Nazirliyi, Gənclər
Fondu, Milli Konservatoriya və AZAL-ın birgə dəstəyi
ilə bu müsabiqədə iştirak edib. Onun ixtisas müəllimi,
Əməkdar artist İlham
Nəcəfov musiqi tədrisi və tələbənin
“Carnegie Hall”da uğurlu
çıxışı münasibətilə diplomla təltif olunub.
Mədəniyyət.- 2019.- 26
aprel.- S2.