Kitablarımız Nur-Sultanda beynəlxalq sərgidə
Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Avrasiya Beynəlxalq Kitab Sərgisi (Eurasian Book
Fair-2019) keçirilir. Sərgidə Azərbaycan stendi də qurulub.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin
təşkilatçılığı ilə qurulan stenddə müxtəlif mövzularda kitablar, bədii ədəbiyyat nümunələri, o cümlədən
bu il
650 illiyi qeyd edilən İmadəddin Nəsiminin “Seçilmiş
əsərləri” yer
alıb.
Ölkəmizin Qazaxıstandakı səfiri
Rəşad Məmmədov
sərginin açılışında
iştirak edib.
Sərginin açılışına qatılan Qazaxıstanın
mədəniyyət və
idman naziri Arıstanbek Muxamedulı Azərbaycan stendi ilə də maraqla tanış
olub.
Qazaxıstanlı alimlər stenddəki nəşrlərə xüsusi
maraq göstərirlər. Azərbaycan guşəsində
ziyarətçilərə ölkəmizin tarixi, xalçaçılıq və
turizm potensialı ilə bağlı ayrı-ayrı jurnal və broşürlər iştirakçılara paylanılıb.
IV Avrasiya Beynəlxalq Kitab Sərgisi üç
gün davam edəcək.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.2.