Konsertmeyster ustalığı üzrə respublika müsabiqəsi
Aprelin 25-də Bakı
Xoreoqrafiya Akademiyasında
(BXA) bu təhsil ocağının 90 illik yubileyinə həsr edilmiş konsertmeyster ustalığı üzrə
respublika müsabiqəsinin
açılış mərasimi
olub.
Tədbirdə BXA-nın rektoru, Əməkdar elm xadimi,
professor Timuçin Əfəndiyevin
müsabiqə iştirakçılarına
ünvanlanmış salamlama
məktubu oxunub.
Sonra Xalq artisti Kamilla Hüseynovanın bədii
rəhbərliyi ilə
müsabiqənin münsiflər
heyəti təqdim edilib.
Tədbirdə BXA-nın fəaliyyəti barədə iştirakçılara
məlumat verilib. Bildirilib
ki, 90 ilə yaxın təhsil və sənət ənənələri olan
Bakı Xoreoqrafiya Məktəbinin bazasında
2014-cü ildə ölkə
Prezidentinin müvafiq sərəncamı ilə
yeddi təhsil pilləsini, o cümlədən
ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriat,
magistratura, doktoranturanı
özündə birləşdirən
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi yaradılıb. Akademiya qarşısında duran mühüm vəzifələrdən
biri də xoreoqrafiya sənəti ilə yanaşı, onunla sıx əlaqədə olan ixtisas və sənət sahələrinin
təlim-tədrisini və
tədqiqini həyata keçirməkdir. Musiqi sənəti,
musiqi ifaçılığı
da bu baxımdan
ən mühüm sənət sahələrindən
biridir. Xoreoqrafiya sənəti üçün
yüksəkixtisaslı konsertmeysterlərin
hazırlanması günün
zəruri tələbidir
və müsabiqə də buna xidmət
edir.
Müsabiqənin əsas məqsədi klassik və milli rəqs üzrə xüsusi təyinatlı konsertmeyster
hazırlığı, Azərbaycan
konsertmeyster ifaçılığı
sənəti ənənələrinin
qorunması və təbliği, konsertmeysterlərin
yaradıcılıq qabiliyyətlərinin
müəyyən edilməsi
və peşə bacarıqlarının artırılmasıdır.
Sonra tədbir
“La performance dei maestro” adlı
konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.2.