“Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi davam edir

 

 

 

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsi davam edir.

Müsabiqə Mədəniyyət Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarından uşaq və gənclər (29 yaşa qədər)  arasında keçirilir.

Prezident İlham Əliyevin “İsmayıl Şıxlının 100 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına uyğun olaraq təşkil edilən müsabiqənin məqsədi görkəmli yazıçının bədii irsinin təbliği, vətənpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, Ağstafa, Şəmkir, Qazax, Tovuz, Gədəbəy rayonlarının mədəni həyatının zənginləşdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılmasıdır.

İştirak etmək istəyənlər ad, soyad, doğum tarixi və əlaqə nömrəsi, oxuduğu məktəbin adını qeyd etməklə 1-2 əsərini mayın 30-dək Qazax Dövlət Rəsm Qalereyasına (ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 75, əlaqə telefonu 029 51 015 ) təqdim etməlidir.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.7.