“Güclü dövlətin
güclü ordusu
olmalıdır”
Uşaqlar arasında Silahlı Qüvvələr
Gününə həsr olunan plakat yarışması
Mədəniyyət
Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və
İxtisasartırma Mərkəzi Müdafiə Nazirliyi ilə
birlikdə respublika uşaq incəsənət məktəblərinin
şagirdləri arasında 26 iyun – Azərbaycan Respublikası
Silahlı Qüvvələr Gününə həsr olunan
“Güclü dövlətin güclü ordusu olmalıdır”
adlı plakat sərgi-müsabiqəsi keçirir.
Aprelin 23-də elan edilən sərgi-müsabiqənin məqsədi Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılmasıdır.
Rəsm işlərinin mövzuları vətənpərvərlik və ordu quruculuğu, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü olacaq.
Təqdim edilən işlər mədəniyyət
xadimlərindən, peşəkar rəssamlardan ibarət
münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin nəticələri 26 iyunda
açıqlanacaq, hər yer üçün 4 nəfər olmaqla
1-3-cü yerlərin sahiblərinə müvafiq
dərəcəli diplomlar və hədiyyələr
təqdim ediləcək. Müsabiqəyə Azərbaycan Ordusu hərbi qulluqçularının və mülki işçilərinin
övladlarının da müraciət etmələri
tövsiyə olunur.
Mədəniyyət.- 2019.- 26
aprel.- S7.