Atatürk və Əhməd Ağaoğlu” kitabı çapdan çıxıb

 

 

 

Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi” haqqında sərəncamına uyğun olaraq ölkəmizin Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət QuliyevinAtatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiyası Bakı Atatürk Mərkəzinin xətti ilə çap olunub. Mərkəzin direktoru, akademik Nizami Cəfərov kitabaTürk dünyasının iki böyük insanının dostluq hekayəsi” adlı geniş müqəddimə yazıb.

Kitab Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsinə - Qurtuluş savaşına başlanmasının 100 və Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunub. Monoqrafiyada azərbaycanlı mütəfəkkirlə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk arasında 1919-cu ildə başlayan və 20 ilə yaxın davam edən dostluq əlaqələrinin, işgüzar və şəxsi-ailəvi münasibətlərin geniş mənzərəsi öz əksini tapıb.

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası əsərin türkcə nəşrini çapa hazırlayır.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.7.