Köhnə Poçt
küçəsində kinolentlərə nələr
yazılıb?
Şəhərimizin qədim küçələrinə kinolentlərin yaddaşı ilə budəfəki səyahətimiz də maraqlı olacaq. Azərbaycan kinosunun inciləri sayılan filmlərimizdən beynimizin hansısa küncündə ilişib qalan kadrlar, doğma küçələr, tanış mənzərələri xatırlayacağıq...
Sizə məktub var... İndi bu sözləri nadir hallarda eşitmək olar. Çünki bu gün qloballaşan dünyada zərflə göndərilən məktublar internet məkana və zamanın sürətinə yenilməli olublar. Məktub (xüsusilə xoş soraqlı) almaq isə ayrı bir təəssüratdır. Bu yazımızda Bakının məşhur Poçtovı (köhnə Poçt) küçəsində lentə alınan filmlərdən söz açmaq istəyirik. Bəlkə elə bu küçədən söz düşmüşkən məktublaşma səhnələrinin yer aldığı bir neçə filmimizi də xatırlayaq?
Rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun 1976-cı ildə lentə aldıqları “Dərviş Parisi partladır” filmindən:
“- Müsyö Jordan, sizə
məktub var.
- Kimdəndir? - Təbrizdəki
fransız konsulundan”.
Tofiq Tağızadənin 1955-ci ildə
çəkdiyi “Görüş”
filmindən: “- Lala, Lala, sənə məktub var. Azərbaycandan”.
Yəqin
ki, bu fraqmentləri
çoxunuz xatırladınız...
Məktublaşma səhnəsinin yer
aldığı unudulmaz
ekran əsərlərindən
biri isə T.Tağızadənin 1968-ci ildə
çəkdiyi “Mən
ki gözəl deyildim” filmidir...
Təbii ki, məktublaşma fraqmentlərinin olduğu başqa filmlərimiz də var. Amma biz bu gün köhnə
Poçt (indiki Süleyman Tağızadə)
küçəsində lentə
alınan filmlərdən
kadrları xatırlamaq
istərdik. Bakının ilk poçt şöbəsinin
fəaliyyət göstərdiyi
küçəyə səyahətimizi
ötən yazıda qeyd etdiyimiz “Bizim Cəbiş müəllim” filmi ilə davam etdiririk. Filmdə bir çox
kadrlar məhz həmin küçədəki
həyətlərdə lentə
alınıb. Qeyd etmək
yerinə düşərdi
ki, unudulmaz aktyor Süleyman Tağızadənin adı
bu küçəyə
1980-ci ilin sonlarında
verilib. Həmin vaxta qədər
isə o ünvan “Ostrovski küçəsi”
adlanırdı.
Bakının bu ərazisində lentə alınan film kadrları ilə gəzintimizi davam etdirərkən biz heç
də iddia etmirik ki, kino
tariximizdə bu ərazidə lentə alınan bütün filmlərin adını sadalamaq ixtiyarındayıq. Ötən
əsrin ortalarında
lentə alınan filmlərimizin yaradıcı
heyətində yer alan sənətkarlar
artıq bu dünyadan köç etdiyindən belə bir məqamda bütün xatirə və məlumatları yalnız kinolentlərdən
və yazılı mənbələrdən əldə
etmək mümkündür.
Bakı milyonçusu Hacıbaba Haşımovun vəsaiti ilə 1899-1909-cu illərdə
indiki S.Tağızadə
32 ünvanında İmam
Hüseyn məscidi inşa olunub. “O olmasın,
bu olsun” filminin Bakı qoçuları ilə bazar səhnəsi bu küçədə və məscidin qarşısında lentə
alınıb.
Küçədə daha bir məkan
Hacı Məmmədhüseyn
Bədəlovun mülküdür. 1905-1907-ci illərdə burada 3 sinifli məktəb fəaliyyət göstərib.
Azərbaycanın bir sıra aydınları, o cümlədən
Cəfər Cabbarlı
bu məktəbdə təhsil alıb. Məktəbdə Abdulla Şaiq, Süleyman
Sani Axundov və digər tanınmış ziyalılar
dərs deyiblər.
Bu mülkün həyətində də bir sıra filmlərimiz
lentə alınıb.
Həmin küçəyə perpendikulyar
olaraq yerləşən
bir çox küçələr var
ki, onlardan biri də Səid
Rüstəmovun adını
daşıyır. Bir zamanlar “Müqtədir”, ondan əvvəl isə “Orlovski” adlanan bu küçədə
və məhəllədə
Azərbaycan kinosunun incilərindən sayılan
rejissor Eldar Quliyevin “Bir cənub şəhərində”
filminin müəyyən
epizodları lentə alınıb. Gəlin xatırlayaq.
Murad (Həsən
Məmmədov) küçədə
oturub. Elə bu vaxt Tofiq
(Eldəniz Zeynalov) Rusiyadan gətirdiyi həyat yoldaşı ilə onun qarşısından
keçir... Əbəs yerə köhnə
bakılılar bu məkanı “dar küçə” adlandırmırlar.
Çünki kinolentdə də biz bu küçənin çox darısqal olduğunu görürük. Rejissorun qısa
zaman kəsiyində bu dar məkanda
2-3 dəqiqəlik kadrlarda
nümayiş etdirdiyi
böyük istedad və baxışı qeyd etməmək insafdan deyil. Bu kadrda biz Eldar
Quliyevin burada yaşayan insanların xarakterini, həmin anda qəhrəmanın keçirdiyi hisləri və məhəllənin
koloritini ekrandan ötürmək bacarığına
şahid oluruq.
Onu da qeyd edək ki, bu küçədə
həm də sevilən filmlərimizin quruluşçu operatoru kimi çalışmış
Arif Nərimanbəyov
yaşayıb. Görkəmli yazıçı-dramaturq Cəlil
Məmmədquluzadə də
1920-1932-ci illərdə bu
küçədə yaşayıb
və hazırda burada barelyefi var.
1986-cı ildə Xalq
yazıçısı Anarın
Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” (1894) povesti
və “Danabaş kəndinin müəllimi”
(1921) komediyası əsasında
yazdığı ssenari
üzrə özünün
də quruluş verdiyi “Qəm pəncərəsi” filminin
bəzi epizodları bu küçədə kinolentin yaddaşına köçürülüb.
S.Tağızadə 59 ünvanında 1880-1898-ci illərdə
inşa edilən İsa bəy Aşurbəyovun mülkü
yerləşir. 1912-ci ildə
İ.Aşurbəyov “Kaspi”
mətbəəsini icarəyə
götürür və
mətbəə həmin
binanın zirzəmisində
fəaliyyət göstərir.
Tarixdən məlumdur ki,
tanınmış şəxslərlə
əlaqələri olan
İ.Aşurbəyov Üzeyir
Hacıbəyli ilə
də dostluq edib. O, Üzeyir bəyin “Leyli və Məcnun” operası tamaşaya qoyulan zaman məşq
prosesinin öz evində keçirilməsinə
şərait yaradıb.
“Uzun ömrün akkordları” (“Üzeyir ömrü”, 1981) filmində
də (ssenari müəllifi və rejissor Anar) bunun şahidi oluruq...
Filmlərlə paytaxt gəzintimiz fərqli ünvanlarda davam edəcək. Növbəti yazılarımızı izləyin.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 26
aprel.- S.1;5.